Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 23:03

«İnter» «Birlik kuboku»nun dörrdəbir final mərhələsində


7 xal toplayan «İnter» kubokun dörddəbir final mərhələsinə vəsiqə qazanıb
7 xal toplayan «İnter» kubokun dörddəbir final mərhələsinə vəsiqə qazanıb
Yanvarın 20-də «Birlik kuboku»nda mübarizə aparan Bakının «İnter» klubu üçüncü oyununa çıxıb. Latviyanın «Ventspils» klubu ilə qarşılaşan Azərbaycan çempionu 2-0 hesabı ilə qələbə qazanıb.

Hesabı 52-ci dəqiqədə «Ventspils»in müdafiəsindəki səhvdən sonra Çervenka açıb.

87-ci dəqiqədə isə Augusto baş zərbəsi ilə ikinci qolu vurub.

«İnter» yanvarın 17-də keçirilən ilk oyunda Qırğızıstan çempionu «Dordoy-Dinamo» ilə heç-heçə etmişdi – 0:0.

Yanvarın 18-də isə Finlandiyanın «İnter» klubunu 3-1 hesabı ilə məğlub etmişdi.

Nəticədə 7 xal toplayan «İnter» kubokun dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
XS
SM
MD
LG