Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:00

Cənub bölgəsinə verilən təbii qazın həcmi azalıb


Gecələr qaz sönür
Gecələr qaz sönür
Yanvarın 17-dən etibarən Azərbaycanın cənub bölgəsinə verilən təbii qazın həcmi azalıb.
Rayonların qaz istismarı idarələrindən verilən məlumata görə, Cəlilabada sutkada 110 əvəzinə 85, Biləsuvara 100 əvəzinə 70, Masallıya 210 əvəzinə 155, Lənkərana 200 əvəzinə 150, Astaraya isə 120 əvəzinə 90 kubmetr qaz verilir.
Qaz kəmərində təzyiq aşağı düşdüyündən gecələr qaz sönür.
Lənkəran Qaz İstismarı İdarəsinin mühəndisi İdris Hacıyev «Azadlıq» radiosuna deyib ki, qazın azaldılmasının səbəbi onlara məlum deyil. Onun sözlərinə görə, qazın həcmi ilə bağlı limit dəyişdirilib.
Astara Qaz İstismarı İdarəsinin rəisi Cəbrayıl Salmanov isə yaxın günlərdə qazın verilməsinin normal hala düşəcəyini bildirib.
Onun sözlərinə görə, xətlərdə nasazlıq ola bilər.
Bu bölgədə əhalinin yalnız 30-35 faizi təbii qazdan istifadə edə bilir.
XS
SM
MD
LG