Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:27

Əhaliyə verilən qazın təzyiqinin azalmasının səbəbləri bəlli oldu


«Azəri-Çıraq» qaz yatağından Səngəçal terminalına qaz ötürən kəmərdə qəza olub
«Azəri-Çıraq» qaz yatağından Səngəçal terminalına qaz ötürən kəmərdə qəza olub
«Azəri-Çıraq» qaz yatağından Səngəçal terminalına qaz ötürən kəmərdə qəza olub.
Nəticədə ölkədə, o cümlədən qərb bölgəsinin əksər rayonlarında mavi yanacağın təzyiqi xeyli azalıb.
Bəzi yaşayış məntəqələrinə qazın verilməsi dayanıb.
Bu barədə «Azadlıq» radiosuna Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəisi Rəfil Əliyev məlumat verib.
O deyib ki, qəza səbəbindən yanvarın 10-dan bəri Qazməmməd-Qazax qaz kəmərində də təzyiq aşağı düşdüyündən bir çox rayonlara verilən qazın norması 2 dəfəyə yaxın azalıb.

R.Əliyevin sözlərinə görə, Gəncənin qış mövsümündə sutkalıq norması 1 milyon 200 kubmetr olduğu halda, hazırda bu göstərici 800 min kubmetrə düşüb.
Nəticədə şəhərin mərkəzi məhəllələri də daxil olmaqla əksər ərazilərində qazın təzyiqi olduqca aşağıdır:

«Kəmərin özündə təzyiq aşağı olduğuna görə, biz texnoloji normalara əməl edə bilmirik. «Azəriqaz»dan verilən məlumata görə, hazırda qəzanın aradan qaldırılması yönündə tədbirlər görülür. Söz veriblər ki, günün sonunadək əhalinin normal qazla təmin olunması üçün işlər yekunlaşacaq».
XS
SM
MD
LG