Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:44

Yenə qar yağacağı gözlənilir


Şənbə günü Azərbaycanın paytaxtında hava soyuyacaq. Bu barədə sinoptiklər məlumat verir. Yanvarın 10-da gecə Bakıda havanın temperaturu -4 dərəcə selsiyə qədər düşəcək, gündüz saatlarında isə +2 dərəcəyə qalxacaq. Bəzi yerlərdə qar yağacaq. Cənub-qərb küləyinin sürəti 3 m/san təşkil edəcək.

Bazar günü havanın temperaturu bir az artacaq. Praktiki olaraq, bütün günü yağış yağacaq. Bazar ertəsi gücü 14 m/san-yə çatan şimal küləyi yenə qar gətirəcək, havanın temperaturu isə -3 dərəcə təşkil edəcək.

Yanvarın 13-dən külək zəifləyəcək və sonrakı günlərdə havanın temperaturu +10 dərəcəyə qədər artacaq.
XS
SM
MD
LG