Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

15-ə yaxın Avropa ölkəsi qazsız qalıb


15-ə yaxın Avropa ölkəsi Rusiya Ukrayna arasındakı mübahisəyə görə qazsız qalıb və ya qaz çatışmazlığı ilə qarşılaşıb. Ən pis vəziyyət isə Balkan ölkələrindədir. İki Bolqarıstan şəhərinin minlərlə sakini şaxtalı havada tamamilə qazsız və mərkəzi istilik sistemsiz qalıblar. Yunanıstan, Makedoniya, Rumıniya, Xorvatiya, Serbiya, Bosniya və Türkiyə qaz nəqlinin dayandırıldığını elan edib. Fransa, Almaniya, İtaliya, Avstriya, Polşa, Macarıstan və Slovakiyaya isə qaz nəqli azalıb. Avropa Birliyi bu vəziyyəti tamamilə qəbuledilməz adlandırıb.
XS
SM
MD
LG