Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 18:27

Magistraturaya qəbul qaydaları dəyişdirildi


Boş qalmış magistr yerlərinə imtahanlar köhnə model əsasında keçiriləcək
Boş qalmış magistr yerlərinə imtahanlar köhnə model əsasında keçiriləcək
Bu ildən magistraturaya qəbul iki mərhələdə həyata keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev deyib ki, 2009-2010-cu tədris ilində yeni model tətbiq olunacaq. Modelə əsasən magistr olmaq istəyənlər əvvəl xarici dil, məntiqi təfəkkür, informatikadan imtahan verəcək, keçsə ikinci mərhələyə buraxılacaq. İkinci mərhələdə ixtisas üzrə imtahan verəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından onu da deyiblər ki, ötən ildən boş qalan 475 magistr yeri üzrə sabahdan sənəd qəbuluna başlanır. Ərizə qəbulu yanvarın 16-na qədər davam edəcək. Boş qalmış magistr yerlərinə imtahanlar köhnə model əsasında keçiriləcək.
XS
SM
MD
LG