Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

MTRŞ-ın iclası qeyri-müəyyən müddətədək təxirə salındı


Milli Televiziya və Radio Şurasının yanvarın 5-nə təyin edilən iclası qeyri-müəyyən müddətədək təxirə salınıb. Bunu şura sədrinin köməkçisi Toğrul Məmmədov deyib.
T.Məmmədovun sözlərinə görə, iclasın təxirə salınmasına səbəb monitorinqin yekunlarına dair məlumatların hazır olmamasıdır: «Yanvarın 1-dən 4-nə kimi ekspertiza şöbəsi şuranın dekabrın 30-da çıxardığı qərarın yerinə yetirilib-yetirilməməsinə dair monitorinq aparıb. Monitorinq zamanı bəlli olub ki, həmin günlərdə «Lider» və «Space» telekanalları türk dilində filmlər verib. Lakin ekspertiza şöbəsi filmlərin dəqiq vaxtını müəyyənləşdirməyib. Ona görə də iclas təxirə salındı. Hər şey dəqiq olmalıdır».

MTRŞ dekabrın 30-da televiziya kanallarında Azərbaycan dilindən istifadənin daha da təkmilləşdirilməsiylə bağlı qərar qəbul edib. Qərara əsasən, 2009-cu il yanvarın 1-dən bütün kanallarda verilişlər yalnız Azərbaycan dilində yayımlanmalıdır. Qərarda bununla bağlı yalnız bir neçə istisna qeyd edilib. Bu istisnalar ingilis, rus dillərində olan xəbərlər proqramlarına, maarifləndirici, intellektual verilişlərə, xüsusi ictimai-siyasi əhəmiyyətli tədbirlərdən olan reportajlara, tədris proqramlarına aiddir. Qərarda bildirilib ki, xarici dillərdə yayımlanacaq həmin proqramların titrində Azərbaycan dilində tərcüməsi verilməlidir.

Yanvarın 5-də həmin qərarın icrası ilə əlaqədar müzakirələr aparılmalı idi. Şura sədri Nuşirəvan Məhərrəmli mətbuata bildirmişdi ki, qərara əməl etməyən telekanallara qarşı maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulub. «Media forum»
XS
SM
MD
LG