Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:04

BQXK prezidenti məhbusların saxlanma şəraiti ilə tanış olub


Yakob Kellenberq Sabirabad, İmişli və Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşəcək

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Yakob Kellenberq Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində aprelin 3-də Azərbaycana gəlib.

Səfər Azərbaycan hökumətinin dəvətilə keçirilir. Əsas məqsəd ölkədəki humanitar vəziyyətlə tanışlıqdır.


Aprelin 3-də cənab Kellenberq Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev və Ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.


Yakob Kellenberq aprelin 3-də həmçinin vərəm xəstəliyindən əziyyət çəkən məhbusların saxlandığı 3 Saylı İslah-Əmək Müəssisəsində olub, onların saxlanma şəraiti, kaloniyanın imkanları ilə tanış olub. Ona 1995-ci ildən vərəmlə bağlı ölüm hallarının 4-5 dəfə azaldığı haqda məlumat verilib.


BQXK rəhbəri aprelin 3-də prezident İlham Əliyevlə də görüşəcək.

Bu və ya digər görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, itkin düşmüş şəxslər və onların ailələri, silahlı qüvvələrin beynəlxalq humanitar hüquq üzrə təlimləndirilməsi, beynəlxalq humanitar hüququn Azərbaycanda yayılması və s. mövzuların müzakirə olunacağı gözlənilir.


Aprelin 4-də isə Yakob Kellenberq Sabirabad, İmişli və Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşəcək.


XS
SM
MD
LG