Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Tacikistan yeni ildə Özbək qazını yeni qiymətlərlə almağa razılaşdı


Tacikistanla Özbəkistan 2009-cu ilə dair təbii qaz alqı-satqısına dair müqaviləni razılaşdırıblar.
Tacikistanın dövlət şirkəti Tacikqazın rəhbəri bu gün Azadlıq radiosuna bildirib ki, onlar Özbəkistan qazına hər min kubmetrə 240 dollar ödəməyə razılaşıb.

Bundan əvvəl Tacikistan qazın min kub metrinə 145 dollar ödəyirdi. Ötən ay Tacikistan 12 milyon dollar borcunu ödəmədiyindən Özbəkistan bu ölkəyə verdiyi qazı üçdə bir həcmə qədər azaltmışdı.

XS
SM
MD
LG