Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:17

«Hökumətin nə ixtiyarı var ki, «Azadlıq»ı bağlasın»


«O vaxt Hökumət Evinin zirzəmisində radio dalğalarını vuran qurğular quraşdırmışdılar, camaatı qulaq asmağa qoymurdular. Ona görə də efir xırıldayırdı. Amma mən elə xırıldaya-xırıldaya qulaq asırdım»
«O vaxt Hökumət Evinin zirzəmisində radio dalğalarını vuran qurğular quraşdırmışdılar, camaatı qulaq asmağa qoymurdular. Ona görə də efir xırıldayırdı. Amma mən elə xırıldaya-xırıldaya qulaq asırdım»
Dinlə

«Azərbaycan hökumətinin nə ixtiyarı var ki, «Azadlıq»ı bağlasın».

Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, tanınmış mətbuat araşdırıcısı, professor Şirməmməd Hüseynov deyir:
«Bu radionu yaranan gündən dinləyirəm. Düz 40 il «Azadlıq» qısa dalğalardan yayınlanıb və biz də ona qulaq asmışıq. O vaxt Hökumət Evinin zirzəmisində radio dalğalarını vuran qurğular quraşdırmışdılar, camaatı qulaq asmağa qoymurdular. Ona görə də efir xırıldayırdı. Amma mən elə xırıldaya-xırıldaya qulaq asırdım. Yəni, 40 il «Azadlıq» orta dalğada yayınlanıb, amma camaat bu radioya qulaq asıb».
Tarixçi alim Nəsiman Yaqublu isə «Azadlıq» radiosunun yaranma tarixindən söz açdı. Dedi ki, bu radio Sovet imperiyasına qarşı mübarizə aparmaq üçün yaradılıb:
«Demək olar ki, soyuq müharibə dövrü başlayandan efirdə olub və psixoloji müharibə proqramının tərkib hissəsi kimi fəaliyyət göstərib. «Azadlıq»ın redaksiya heyətinin əksəriyyəti kommunist rejimindən narazı olan mühacirlər idi. Birincisi, onlar mübarizənin taktikasını bilirdilər, ikincisi, savadlı, ağıllı idilər».
Nəsiman Yaqublu deyir ki, «Azadlıq» radiosunun Azərbaycan nümayəndəliyi 1953-cü il martın 5-də yaradılıb. Radionun Azərbaycan bürosunun ilk baş redaktoru isə Əbdülrəhman bəy Fətəlibəyli Düdənginski olub:
«Azadlıq» radiosu 23 dildə yayınlanırdı. Bu radio Sovet dövlətini kifayət qədər sarsıtmışdı. Çünki əsasən milli xalqlara, respublikalara ünvanlanırdı və onların müstəqillik məsələsini müzakirəyə çıxarırdı. Həqiqəti söyləyirdi. Bu səbəbdən də SSRİ-nin Təhlükəsizlik Komitəsi böyük əməliyyat apardı və radionun bəzi əməkdaşlarını qətlə yetirdilər. Onların arasında Fətəlibəyli Düdənginski də vardı».
XS
SM
MD
LG