«Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, zəncir vurmaq, qan çıxarmaq kimi hərəkətlərə yol verilməməlidir». Bu xəbərdarlıq Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının Aşura mərasimlərinin keçirilməsi ilə bağlı fətfasında yer alıb.
Fətfada qeyd edilir ki, 1430-cu hicri-qəməri ilinin başlanğıcı-Məhərrəm ayının biri Milad təqvimi ilə 2008-ci il dekabrın 29-a təsadüf edilir. Aşura günü isə 2009-cu il yanvarın 7-nə düşür. Həmin gün İmam Hüseyn və əhli-beyt tərəfdarlarının qətli yad ediləcək.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə də qeyd edir ki, həmin gün Aşura mərasimlərinin keçirilməsi zamanı dövlətin qanun-qaydaları pozulmamalıdır:
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə də qeyd edir ki, həmin gün Aşura mərasimlərinin keçirilməsi zamanı dövlətin qanun-qaydaları pozulmamalıdır:
«Əgər biz həmin gün hansısa küçədən keçəcəyiksə, Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalıyıq. Əgər icazə verilsə, küçədən keçərək, «Ya Hüseyn» qışqırmaq olar…»
Fətfada həmçinin qeyd edilirdi ki, Aşura mərasimində uşaqların iştirakı, bədənə xəsarət yolverilməzdir. Hər il Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə İmam Hüseyn naminə qan vermə kompaniyası keçirilir. İdarə hesab edir ki, bədənə xəsarət yetirib, qan çıxarmaqdansa tibbi məqsədlərlə belə aksiyada iştirak daha münasibdir.