Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:30

Gələn il Azərbaycanda «Uşaq ili»dir


2009-cu il Azərbaycanda «Uşaq ili» elan edilib. Bu barədə prezident İlham Əliyev sərəncam verib.
Sərəncamda göstərilir ki, Azərbaycanda «uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə» belə qərar verilib.

Müvafiq dövlət qurumlarına tapşırılıb ki, bir ay ərzində gələn ilin «Uşaq ili» elan edilməsi ilə bağlı tədbirlər planı hazırlasınlar.
XS
SM
MD
LG