Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Gürcüstanın XİN rəhbəri ilk rəsmi səfərini Bakıya etdi


Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu vəzifədə ilk rəsmi səfərini dekabrın 22-də Azərbaycana edib. Gürcüstanlı həmkarını qəbul edən Elmar Məmmədyarov deyir ki, onlar birlikdə həm regional, həm də ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələləri müzakirə ediblər. Məmmədyarovun sözlərinə görə, danışıqlarda bu ilin avqust ayında Gürcüstanda baş verən hadisələrə toxunublar. Bundan başqa o Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qriqol Vaşadzeyə məlumat verib.
«Son ildə ölkələrimiz arasında ticarət dövriyyəsi kifayət qədər aktiv olub – 86 faiz artaraq 700 milyon dolları ötüb. Bu, bizi sevindirməyə bilməz. Əlbəttə ki, bu ilk növbədə energetika sahəsində əməkdaşlıq sayəsində baş verib. Bakı-Tbilisi-Ceyhan intensiv işləyir, Bakı-Tbilisi-Ərzurum da kifayət qədər aktiv fəaliyyət göstərir»-, deyə azərbaycanlı nazir bildirib.

Elmar Məmmədyarov deyir ki, görüşdə humanitar məsələləri, o cümlədən Gürcüstanda Azərbaycan məktəblərinin vəziyyətini də müzakirə ediblər.
Qriqol Vaşadze isə deyib ki, Rusiyanın avqust təcavüzü göstərdi ki, bu regionun nə qədər sülhə ehtiyacı var. Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, müstəqil respublikalar arasında dostluq münasibətlərinin inkişafına böyük ehtiyac var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG