Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 12:29

Federasiya Şurası Konstitusiya dəyişikliyini təsdiqlədi


Konstitusiya dəyişikliyinə Rusiyanın bütün federasiya subyektləri razılıq veriblər
Konstitusiya dəyişikliyinə Rusiyanın bütün federasiya subyektləri razılıq veriblər
Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası prezidentlik müddətinin uzadılmasıyla bağlı Konstitusiya dəyişikliyini təsdiqləyib. Rusiyada prezidentlik müddəti 4 il idi, konstitusiyaya dəyişiklik təsdiqlənəndən sonra müddət 6 il olacaq.
Qanuna dəyişiklik təklifini prezident Dmitri Medvedev irəli sürüb. Federasiya Şurasının 142 üzvünün hamısı sənədin lehinə səs verib.

Konstitusiya dəyişikliyinə Rusiya Federasiyasının bütün 83 subyektinin qanunverici orqanları razılıq veriblər. Qanunun qüvvəyə minməsi üçün onun dövlət başçısı tərəfindən təsdiqlənməsi qalır.
XS
SM
MD
LG