Azərbaycanın sərhəd rayonlarında ünvanlı sosial yardım verilərkən yerli problemlər nəzərə alınacaq.
Gəncədə zona müşavirəsində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov martın 30-da jurnalistlərlə söhbətində belə deyib. O, ünvanlı sosial yardımın 250 min ailəyə və ya təxminən 1 milyon 200 min nəfərə yönələcəyini proqnozlaşdırdıqlarını bildirib.
Bu il iyul ayının 1-dən verilməsinə başlanacaq sosial yardımın ümumi məbləği 72 milyon dollardan artıqdı.