Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 01:25

Mirzə Sakitin azad olunmasına məhkəmə baxacaq


Vəkil İsaxan Aşurov “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakitin həbsdən azad edilməsi üçün məhkəməyə müraciət edib.

Vəkilin sözlərinə görə, jurnalist cəzanın çox hissəsini çəkib və qanuna uyğun olaraq vaxtından əvvəl məhkəməyə müraciət etmək hüququna malikdir.

“Mirzə Sakitin saxlandığı ərazi üzrə Nərimanov rayon məhkəməsinə cəzanın çəkilməmiş hissəsindən azad edilməsi xahişi ilə müraciət olunub. O belə bir hüquqa daha öncə malik idi və hələ bir az da gecikib. Deyilənlərə görə ayın 26-da belə bir məhkəmə olmalıdır” – deyə İsaxan Aşurov Azadlıq Radiosunun müxbiri ilə söhbətində bildirib.

Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit 2006-cı ilin iyununda üç il müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz narkotik saxlamaqda ittiham olunub. Jurnalist öz həbsini siyasi sifariş hesab edir və bunu yazdığı radikal məqalələrlə əlaqələndirir.

XS
SM
MD
LG