Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 19:26

Aeroport yolu ilin sonunacan təhvil veriləcək


Bakıda bir neçə iri miqyaslı layihənin tamamlanması gözlənilir
Bakıda bir neçə iri miqyaslı layihənin tamamlanması gözlənilir
Bu ilin axırına kimi Bakıda bir neçə iri miqyaslı layihənin tamamlanması gözlənilir. Bunu «Azadlıq» radiosuna «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Vaqif Hacıyev deyib:
«Ramstor» dairəsi yol qovşağı, Heydər Əliyev prospekti, 14 km-lik aeroport yolunun istifadəyə verilməsi gözlənilir».
V.Hacıyevin dediyinə görə, kommunikasiyaya məsul hökumət qurumları ilə koordinasiya problemləri var:
«Məsələn, «Azərsu» vaxtında demir ki, ərazidə kanalizasiya xətti var, «Bakıelektrikşəbəkə» bildirmir ki, burada elektrik xətti keçir. Ona görə də bəzən asfalt örtüklərini sonradan sökmək lazım gəlir».
Aeroport yolunun yenidən qurulmasına ötən ili başlanılıb.
XS
SM
MD
LG