Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Gecə barlarında əməliyyat keçirilib


Noyabrın 21-dən 22-nə keçən gecə Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtdakı gecə barlarında «Milli-mənəvi dəyərlərin qorunması» adı altında əməliyyat keçirib.

Əməliyyat zamanı əxlaqsızlıqla məşğul olmaqda təqsirləndirilən 53 qadın saxlanılıb. Onlardan 6-sı xarici ölkə vətəndaşıdır.

BŞBPİ-dən bildirilib ki, bu, həmin ad altında keçirilən 3-cü əməliyyat tədbiridir. İlk reyd zamanı saxlanılan 28 qadından 5-ində QİÇS xəstəliyi aşkar edilib. Hər üç reyddə saxlanılanlardan 5-i azyaşlı qızlar olub.

Əməliyyatlar davam etdiriləcək. / APA /
XS
SM
MD
LG