Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:38

Səfər Əbiyev sülhə alternativ variantlardan danışdı


Müdafiə naziri Səfər Əbiyevin dəvətilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ noyabrın 6-da Bakıya rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, əvvəlcə S.Əbiyevlə İlkər Başbuğ təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşüblər.
Səfər Əbiyev son vaxtlar Dağlıq Qarabağ münaqişəsi istiqamətində proseslərin xeyli sürətləndiyini və intensiv xarakter aldığını qonağın diqqətinə çatdırıb.
Nazir deyib ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə edəcək.
İlkər Başbuğ isə bu vəzifədə ilk olaraq xarici səfərini Azərbaycana etdiyinə görə məmnun olduğunu bildirib.
/Turan/
XS
SM
MD
LG