Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:24

4 nəfərin azadlığı üçün 1 milyon dollar girov tələb edilir


Jurnalist Əlirza Sərrafi, müəllim Mehdi Nəimi, şair Səid Muğanlı, yazıçı Həsən Raşidi
Jurnalist Əlirza Sərrafi, müəllim Mehdi Nəimi, şair Səid Muğanlı, yazıçı Həsən Raşidi
Sentyabrın 10-da Tehranda iftar süfrəsinə toplaşarkən həbs edilən və hazırda Evin həbsxanasında saxlanan İran azərbaycanlıları aclıq aksiyasını davam etdirirlər. Oktyabrın 25-dən başlanan aksiya ilə onlar əsassız həbs edildiklərinə, təkadamlıq kamerada saxlandıqlarına və ailə üzvlərinə olan təhdidlərə etiraz edirlər. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Vahid Qarabağlı:

«Əlirza Sərrafi ona görə aclığa başladı ki, onu həyat yoldaşının və başqa ailə üzvlərinin həbsi ilə təhdid ediblər. Son xəbərlər budur ki, Evin həbsxanasında olanların hər birinin 250 min dollar girov qarşılığında azad edilməsi ilə bağlı razılaşma əldə edilib».

Məhbuslardan biri - Həsən Raşidinin qızı Sanay Raşidinin «Azadlıq» radiosuna dediyinə görə, noyabrın 4-də hökumət Evin həbsxanasında saxlanan 4 nəfərin - jurnalist Əlirza Sərrafinin, müəllim Mehdi Nəiminin, şair Səid Muğanlının, yazıçı Həsən Raşidinin azadlığa buraxılması üçün toplam 1 milyon dollar girov tələb edib.

S.Raşidi deyir ki, indi tutulan şəxslərin yaxınlarından pul toplanır:

«İran dövləti onları girov qarşılığında buraxacağını bildirib. Ancaq hələ istənilən 250 min dolları toplamaq mümkün olmayıb. Qohumlardan, dostlardan pul yığılır».

Vahid Qarabağlının sözlərinə görəsə, tutulanlara qarşı heç bir konkret ittiham irəli sürülməyib. İftar mərasimində saxlanan 17 nəfərdən azadlığa buraxılanlar ETTELAAT-da xarici ölkələrlə işbirliyi qurmaları ilə bağlı dəfələrlə sorğulandıqlarını bildirirlər. V.Qarabağlı deyir ki, ötən il İranda həbs edilən azərbaycanlı fəallar məhz xarici dövlətlərlə işbirliyi ittihamları ilə həbsxanada cəza çəkməkdədirlər.
XS
SM
MD
LG