Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:43

Kimin fincanı çox satılsa, prezident də odur


Səs vermək azdır, maska al ki, namizədin seçilsin
Səs vermək azdır, maska al ki, namizədin seçilsin
Seçkinin nəticələrini futbolla, satılan maskalarla əvvəlcədən bilməyə nə deyirsiniz? Kimi seçkinin nəticələrini bilmək üçün sorğuların, milyonlarla pul tökülüb aparılan araşdırmaların nəticələrinə baxır, kimi də müxtəlif əlamətləri tutuşdurub özünə nəticə çıxarır.
İndi Amerikada kimlərinsə inandığı əlamətlər əsasında bu seçkidə hansı namizədin prezident olacağına baxaq.
«Redskin» uduzdu, qalib Obamadır
70 ildir ki, ABŞ-da «Redskin» futbol komandasının seçkiqabağı oyununun nəticəsi prezident seçkilərinin nəticələri ilə üst-üstə düşür. Bu komanda uddusa, deməli, seçkinin də qalibi hakimiyyətdə olan partiyanın namizədidir, uduzdusa, müxalifətin namizədi qalibdir.
Noyabrın 3-ü axşam keçirilən oyunda «Redskin» 23-6 hesabıyla uduzub. Obama da bu əlamətə inanırsa, ürəyini buz kimi saxlaya bilər.
Bukmekerlər – mərc firmaları nə deyirlər?
Ənənəvi bukmekerlər deyirlər ki, bu seçkinin favoriti Obamadır. İrlandiyanın mərcləşmə kompaniyası «Paddy Power» artıq Obamanın qələbəsinə pul qoyub. Kompaniyanın sözçüsü Şaron Makhuqh:
«Yəqin ki, buna görə, Con Makkeyn bizə təşəkkür etməyəcək. O, daha tez də məğlub ola bilər. Məncə, qələbə Obamanındır».
Səs vermək azdır, maska al ki, namizədin seçilsin
Əgər mərcləşmə də sizlik deyilsə, onda başqa indikator - siyasi maskalar necə? İnternet yolu ilə maska satan bir şirkətin məlumatına görə, Obamanın maskaları Makkeynin maskalarından 10 faiz daha çox satılıb.
Riyaziyyatçıların hesabı
Əgər rəqəmlər sizin üçün hər şeydən daha əhəmiyyətlidirsə, onda seçkinin nəticələrini onun əsasında da müəyyən edə bilərsiniz. ABŞ-da universitet professoru Alan Abramoviç bunun üçün bir riyazi model təklif edir. O, bir neçə faktorları, o cümlədən hakim komandanın reytinqini, ABŞ iqtisadiyyatının göstəricilərini əks etdirən rəqəmlərdən istifadə edib bir model hazırlayıb. Onun bu modelinə əsasən, Obama 54.3 faiz səslə Makkeynə qalib gələcək.
Kimin fincanı çox satılsa, prezident də odur
Əlamətlərə inananların menyusuna daha bir misal. Amerikada kofe fincanı satan bir mağazalar şəbəkəsi də artıq ölkənin gələcək prezidentinin kim olduğunu bilir. Bu mağazada namizədlərin rəngində fincanlar var. Qırmızı rəngdə respublikaçı Makkeynin fincanları, mavi rəngdə isə demokrat Obamanın fincanları. Onların dediklərinə görə, hər 60 Obama fincanı satılanda cəmi 40 dənə də Makkeyn fincanı satılıb. Mağazalar şəbəkəsinin bildirdiyinə görə, bundan əvvəlki iki seçkidə fincanların nə qədər satılması Buşun qələbəsini əvvəlcədən xəbər vermişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG