Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:09

QHT nümayəndələri hərbi hissədə olublar


Noyabrın 3-də Müdafiə Nazirliyi ilə bir qrup QHT nümayəndəsi ordudakı vəziyyəti müzakirə ediblər. Görüş Bakıdakı hərbi hissələrdən birində baş tutub.
Bəzi QHT nümayəndələri ordu ilə vətəndaş cəmiyyətinin təmaslarının zəif olduğunu bildiriblər.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, nazirlik QHT təmsilçilərinin əməkdaşlıq təklifini müsbət qarşılayıb, amma konkret söz deməyiblər.

QHT təmsilçiləri əsgərlərin yaşayış şəraitilə tanış olub, onlarla birgə nahar ediblər.

Vətəndaş cəmiyyəti təmsilçiləri ilə yanaşı görüşdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının üzvləri də iştirak edib.
XS
SM
MD
LG