Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:38

Mirzə Sakit başqa həbsxanaya köçürülüb


«Azadlıq» qəzetinin həbsdə olan əməkdaşı, satirik jurnalist Mirzə Sakit saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bu barədə «Azadlıq» radiosuna Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynli məlumat verib.

Ailəsinin və hüquq müdafiəçilərinin bildirdiyinə görə, M. Sakit oktyabrın 18-də müalicə müəssisəsindən 14 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb və orada döyülüb. Hüquq müdafiəçiləri jurnalistin oktyabrın 15-də «Azadlıq» qəzetində dərc olunmuş «İlhamla irəli!» satirasına görə döyüldüyünü ehtimal edirlər.

Bir neçə gün öncə hüquq-müdafiə təşkilatlarının rəhbərləri Ədliyyə Nazirliyinin rəsmiləri ilə görüşərək, M. Sakitin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsini istəmişdilər.

M. Sakit narkotik saxlama ittihamı ilə 2006-cı ildə üç il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG