Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Mirzə Sakit müayinə olunacaq


«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit 2006-cı ildə narkotik saxlama ittihamı ilə 3 il azadlıqdan məhrum edilib
«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit 2006-cı ildə narkotik saxlama ittihamı ilə 3 il azadlıqdan məhrum edilib
Ədliyyə naziri Fikrət Məmmədov Mirzə Sakitin cəzaçəkmə yerinin dəyişdirilməsinə etiraz etmir. Bunu oktyabrın 21-də Ədliyyə naziri Fikrət Məmmədovla görüşən hüquq müdafiəçilərindən Arzu Abdullayeva deyir. Onun sözlərinə görə, görüşdə Ədliyyə naziri onlara söz verib ki, Mirzə Sakitin müayinədən keçiriləcəyi ilə də bağlı göstəriş verəcək:
«Artıq göstəriş verdi ki, onu müayinədən keçirsinlər. Əgər ehtiyac olacaqsa onu hosbitala, olmayacaqsa, sadəcə başqa bir cəza çəkmə yerinə göndərəcəklər».

Hüquq müdafiəçisi deyir ki, onlar Mirzə Sakitin döyülməsi ilə bağlı məhkəməyə də müraciət etmək niyyətindədirlər. Arzu Abdullayevanın sözlərinə görə, Ədliyyə naziri ilə görüşləri müsbət keçdiyindən onlar oktyabrın 21-nə planlaşdırdıqları piketi təxirə salıblar.

Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova oktyabrın 20-də bildirmişdi ki, 14 saylı cəzaçəkmə müəssisəsində jurnalisti döyüblər. Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə döyülmə faktını təsdiqləməmişdi.

«Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit 2006-cı ildə narkotik saxlama ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Jurnalist isə həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu iddia edir. Beynəlxalq təşkilatlar onun və həbsdə olan digər iki jurnalistin azadlığa buraxılmasını tələb edirlər.
XS
SM
MD
LG