Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 18:43

Əsgər özünə atəş açıb


Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu Gədəbəy rayonunda yerləşən «N» saylı hərbi hissəsinin əsgəri Həsən Allahverdiyevin çavuş tərəfindən güllələnməsi barədə yayılan xəbəri təkzib edib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl döyüş növbəsinə göndərilən əsgər iradəsizlik göstərərək özünə atəş açıb.
E.Sabiroğlu bu il Mingəçevir şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılan H.Allahverdiyevin nazirliyin Mərkəzi Hərbi Hospitalına yerləşdirildiyini və onun həyatı üçün təhlükə olmadığını bildirib.
Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb, istintaq gedir.
/Turan/
XS
SM
MD
LG