Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 15:55

Rusiyadan ət idxalına qadağa qoyuldu


Afrika taunu xəstəliyinə görə Azərbaycanda epizootik vəziyyət sabitdir
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Rusiyadan Azərbaycana ət məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib.

Rusiya Baş Dövlət Baytarlıq Müfəttişliyi məlumat yayıb ki, Stavropol vilayətində donuzlar arasında kütləvi ölümlə nəticələnən Afrika taunu xəstəliyi müşahidə olunub. Bunu nəzərə alaraq, Dövlət Baytarlıq Xidməti həmin ölkədən heyvan mənşəli məhsullar, yem və yem əlavələrinin gətirilməsinə müvəqqəti qadağa tətbiq edib.
Eyni zamanda, Rusiyadan Azərbaycana hava, su, dəmir yolu və digər nəqliyyat vasitələri ilə əl yüklərində gətirilən məhsulları yerindəcə məhv ediləcək.

Afrika taunu xəstəliyinə görə Azərbaycanda epizootik vəziyyət sabitdir. / APA /
XS
SM
MD
LG