Dinlə
Beynəlxalq müşahidəçilər prezident seçkisi ilə bağlı ilkin rəylərini açıqladılar. Ancaq mətbuat konfransından əvvəl və onun gedişində yaranan vəziyyət müşahidəçilərin bəyanatından daha çox yadda qaldı. İlk növbədə, müşahidəçilərin seçkiyə verdiyi qiymət barədə. Onlar obyektiv ola bildilərmi? Bu suala hakimiyyət təmsilçiləri və müstəqil ekspertlərin cavabı fərqlidir.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov hesab edir ki, müşahidəçilərin bəzi subyektiv fikirləri nəzərə alınmasa, hesabat obyektiv idi:
«Göründüyü kimi, beynəlxalq təşkilatların da fikirlərində fərqli yanaşma var. Avropa Şurasının və Avropa parlamentarilərinin bir qrupu bəyan edir ki, seçki tam normal keçib. Bir qismi isə hesab edir ki, tam uyğun keçirilməyib. Bu da onların subyektiv fikridir. Biz hər iki tərəfin fikrini qəbul edirik. Nəticə isə ortadadır».
Beynəlxalq müşahidəçilər arasında fikir ayrılığının olması barədə məlumat mətbuat konfransından əvvəl yayılmışdı. İlkin bəyanatın media üçün təyin olunan vaxtdan xeyli ləngiməsi isə bunun sadəcə fikir ayrılığı yox, ciddi ziddiyyət olduğu barədə söz-söhbət yaratdı. Sonradan bu ehtimallar içəridən - yəni həmin mübahisənin iştirakçılarının biri tərəfindən də təsdiqləndi. Məlum oldu ki, müşahidəçilər xüsusilə bəyanatın dili barədə razılığa gələ bilməyiblər. Hətta yetərincə gecikmiş mətbuat konfransına başlamazdan əvvəl dəhlizdə onların ləngiməsi müşahidəçilərin bir qrupunun media qarşısına çıxmayacağı ehtimalını da yaratmışdı. Amma sonda gec də olsa hamılıqla media qarşısına çıxa bildilər.
Beynəlxalq Müşahidə Missiyasının birinci fikri o oldu ki, seçki prosesində nəzərəçarpacaq irəliləyiş olub, ancaq Avropa Şurası və ATƏT öhdəliklərinin hamısı yerinə yetirilməyib. AŞPA müşahidəçilərinin rəhbəri Andres Herkelsə seçki prosesini belə qiymətləndirdi:
«Mübaliğəli desək, bu seçki kiminsə boş bir hovuzda üzməyini xatırladırdı».
Hesabatın təqdimatında tərcümə də bəzən qeyri-dəqiq olurdu. Məsələn, tərcümə zamanı belə bir fikir səsləndi ki, bir sıra müxalifət partiyaları qeyri-bərabər şəraiti bəhanə gətirərək seçkiyə qatılmayıb. Əslində isə söhbət müxalifətin qeyri-bərabər şəraitin olmasına istinad edərək seçkiyə qatılmamasından gedirdi.
Dəfələrlə və təkidlə verilən «seçki Avropa standartlarına uyğun keçdimi, seçkini azad və ədalətli adlandırmaq olarmı» kimi sualları avropalı müşahidəçilərin qeyri-müəyyən cavablandırmaları və ya cavablandırmamaları da diqqəti çəkirdi.
«Zerkalo» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov deyir ki, mövqe birmənalı olmalı idi: «Ya bildirməliydilər ki, hər şey normal olub, ya da seçki adlandırıla biləcək heç bir prosesin olmadığını deməliydilər.
R.Mirqədirov hesab edir ki, Avropa nümayəndələri həmişə öz prinsipləri ilə reallıq arasında kompromisə nail olmağa çalışırlar. Reallıqla prinsiplər arasında uçurum böyüdükcə qəbul olunacaq kompromis tapmaq da çətinləşir. Beləliklə də daha çox prinsiplərdən uzaqlaşma müşahidə edilir. İndi də belə oldu.
Politoloq İlqar Məmmədovsa hesab edir ki, bu dəfə müşahidəçilər obyektiv və ya qeyri-obyektiv yox, sadəcə aciz idilər:
«Məncə, Qərb bu dəfə sadəcə aciz danışdı».
Bəzən jurnalistlər müşahidəçiləri nağıl danışmaqda ittiham edirdi. Bir sıra hallarda isə media təmsilçiləri Andres Herkeldən səsləndirdiyi fikirlərin şəxsi, yoxsa təmsil etdiyi qurumun mövqeyi olduğunu aydınlaşdırmasını istəyirdilər.