Ötən gecə Salyan rayonunun Borankənd kəndində 8 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cəbrayıl rayon sakini Nizami Məmmədovun idarə etdiyi «VAZ-21011» markalı maşın Borsulu kənd sakini İlkin İsgəndərovun idarə etdiyi «VAZ-2107» markalı maşınla toqquşub.
Nəticədə N.Məmmədov və sərnişinləri - Cəlilabad rayon sakinləri Anar Ağayev, Hənifə Ağayeva və «VAZ-2107» markalı avtomaşının sürücüsü İ.İsgəndərov və sərnişinləri - Teymur İsmayılov, Elgün İsmayılov, Ramin Hümbətov və Ağakərim İsgəndərov hadisə yerində ölüblər.
Hazırda Salyan polisi hadisə ilə bağlı araşdırma aparır. Bu xəbər «Turan»a Daxili İşlər Nazirliyindən daxil olub.