Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:59

MTN narkotik vasitə gətirən dəstəni zərərsizləşdirdiyini bildirir


Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısının alındığı barədə məlumat yayıb. Nazirlik bildirir ki, əməliyyat tədbirləri nəticəsində 40 kiloqrama yaxın həşiş aşkar olunaraq götürülüb.

«Astara rayon sakinləri - Telman İmanov, İntizar Həmdəmov, Lənkəran rayonu Liman şəhər sakini Adil Yusubov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçiriblər».
Faktla bağlı cinayət işi açılıb. Adları çəkilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs- qətimkan tədbiri seçilib.

MTN cinayət işi üzrə bütün halların araşdırılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bildirir.
XS
SM
MD
LG