Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

«Azərbaycan», «Respublika», «Bakinski raboçi» və «Xalq qəzeti» rəngli çıxıb


Oktyabrın 10-u rəsmi nəşrlər – «Azərbaycan», «Respublika», «Bakinski raboçi» və «Xalq qəzeti» rəngli çıxıb. Məlumatı «Media forum» saytına «Azərbaycan» nəşriyyatının baş direktor müavini Bəsti İsmayılova verib. Onun sözlərinə görə, indiyəcən «Azərbaycan» nəşriyyatının digər aparatlarında dərc olunan rəngli qəzetlər də tezliklə yeni quraşdırılımış aparata yönəldiləcək.
Oktyabrın 9-da dövlət başçısı İlham Əliyevin iştirakı ilə «Azərbaycan» nəşriyyatında quraşdırılmış yeni rəngli ofset çap kompleksinin açılışı olub. Almaniya istehsalı olan «KBA COMET» çap avadanlığı səhifələrin sayından asılı olaraq saatda 75 min nüsxə qəzet çap etməyə imkan verir. Burada eyni vaxtda iki müxtəlif qəzet çap etmək mümkündür.
B.İsmayılovanın sözlərinə görə, hər hansı qəzetin imkanı olarsa və rəngli çap üçün nəşriyyata müraciət edərsə, onlarla müqavilə bağlamağa hazırdılar. Lakin direktor müavini rəngli ofset çap kompleksində çap xərcinin nə qədər olması haqda danışmaq istəməyib: «Bunun üçün müəyyən qədər müddət lazımdır. Material sərfi dəqiq hesablanandan sonra orta qiymət çıxarılacaq».
XS
SM
MD
LG