Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:44

Azərbaycanda bir dənə də qanunsuz aptek qalmayıb


Səhiyyə Nazirliyi bildirir ki, bu ilin əvvəlindən 283 aptekin fəaliyyət dayandırılıb
Səhiyyə Nazirliyi bildirir ki, bu ilin əvvəlindən 283 aptekin fəaliyyət dayandırılıb
Dinlə

İndi Azərbaycanda bir dənə də qeyri-qanuni fəaliyyət göstərən aptek qalmayıb. Bunu «Can Bakı» proqramının qonağı Səhiyyə Nazirliyi Dərman vasitələrinin analitik ekspertizası mərkəzin direktor müavini Vüqar Məhərrəmov deyib.
Onun dediyinə görə, mərkəz bu ilin əvvəlindən 1795 aptekə baxış keçirib: «Nəticədə 283 aptekin qeyri-qanuni fəaliyyət göstərdiyi aşkarlanıb. Bunların da fəaliyyəti dayandırılıb. 156 aptekin rəhbərliyi özləri öz fəaliyyətlərinə son qoyublar. Yerdə qalanları barədə bizim mərkəz hüquq-mühafizə orqanlarına müraciət edib. Onların bir qismi bağlatdırılıb, bir qismi isə cərimələniblər. Cərimənin məbləği 300-500 manat arasındadır. Demək olar, indi Azərbaycanda bir dənə də qeyri-qanuni aptek qalmayıb».

Vüqar Məhərrəmov deyir ki, mərkəzin qaynar xəttinə Azərbaycanın bir çox bölgələrindən müraciətlər daxil olur. Müraciət edən vətəndaşlar ilk növbədə dərmanın etibarlılıq müddəti, dövlət qeydiyyatından keçib-keçməməsi ilə maraqlanırlar. Səhiyyə Nazirliyinin təmsilçisi onu da dedi ki, mərkəz monitorinqlə yanaşı, ölkə ərazisindəki apteklərin pasportlaşmasını da aparıb.
XS
SM
MD
LG