Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 08:49

Rusiya Ukraynanı Gürcüstana görə tənqid edib


Baş nazir Putin ukraynalı həmkarı Yuliya Timoşenkoya deyib ki, onda Ukraynanın Gürcüstana silah göndərməsi ehtimalı barədə məlumat var:
«Bugünkü görüşümüz Qafqazdakı son hadisələrin fonunda keçir. Çox təəssüf ki, Ukrayna münaqişə bölgəsinə silah satmağı özünə rəva bilib. Orada situasiya çox həssas idi və, adətən belə hallarda dövlətlər təmkinlə hərəkət edirlər.

Yuliya Timoşenko deyib ki, məlumat doğru deyil.

Timoşenko Moskvaya qazın qiymətini razılaşdırmaq üçün gedib. Rusiyanın «Qazprom» şirkəti Ukraynaya satdığı qazın qiymətini yenə qaldırmaq istəyir. Razılığa gəliblər ki, qiymətlər tədricən qaldırılsın.
XS
SM
MD
LG