Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:27

Dövlət katibinin müavini Bakıdadır


Amerika Birləşmiş Ştatları Dövlət katibinin müavini Con Neqroponte
Amerika Birləşmiş Ştatları Dövlət katibinin müavini Con Neqroponte
Oktyabrın 1-də ABŞ Dövlət katibinin müavini Con Neqropontenin Azərbaycana səfəri başlayır. Dövlət Departamenti xəbər yayıb ki, Neqroponte oktyabrın 3-nə qədər Bakıda olacaq.
O, prezidentlə, beynəlxalq təşkilatların təmsilçiləriylə görüşəcək, Amerikayla Azərbaycan arasında münasibətləri, regional məsələləri müzakirə edəcək.

Keçən ay Amerikanın vitse-prezidenti Dik Çeyni də Bakıda olub.

69 yaşlı Con Dmitri Neqroponte Londonda yunan ailəsində anadan olub. ABŞ-ın Yale Universitetini bitirib. İndiki vəzifəsindən qabaq iki il Milli Kəşfiyyat Agentliyinin ilk direktoru olub. Bundan qabaq isə Amerikanın İraqdakı səfiri və Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifələrində işləyib.

İngilis, fransız, yunan, ispan və vyetnam dillərində danışan Neqroponte məşhur ailədəndir. Onun böyük qardaşı Nikolas Neqroponte «hər uşağa bir əl kompyuteri» kimi bütün dünyada məşhur olan proqramın yaradıcısıdır.
XS
SM
MD
LG