Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:10

Havyer Solana Gürcüstana gəlib


Avropa Birliyinin xarici siyasət idarəsinin başçısı Havyer Solona oktyabrın 1-dən avropalı müşahidəçilərin işə başlayacağı Gürcüstana gəlib. «Azadlıq» Radiosunun müxbiri xəbər verir ki, cənab Solona müşahidəçilər missiyasının açılış mərasimində iştirak edəcək. Avropa Birliyindən olan 300-ə yaxın sülhməramlı artıq Gürcüstandadır. Onlar Abxaziya və Cənubi Osetiya ətrafındakı bufer zonada yerləşdiriləcək.

Razılaşmaya görə avropalı müşahidəçilər gələndən sonra Rusiya qoşunları oktyabrın 10-dan gec olmayaraq tutduqları ərazilərdən çıxmalıdırlar.

Avropalı sülhməramlıların Abxaziya və Cənubi Osetiya ərazisində müşahidə aparması daha çox mübahisə doğuran məsələlərdəndir. Moskva, Suxumi və Sxinvali buna qarşı çıxır. Ancaq Fransa prezidentinin vasitəçiliyi ilə imzalanmış sazişə istinad edən Gürcüstan bildirir ki, Avropa Birliyinin sülhməramlıları keçmiş muxtar qurumların ərazisində də müşahidə apara bilərlər.
XS
SM
MD
LG