Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 01:22

Xətai rayonunda tikilməkdə olan yerüstü piyada keçidi uçub


Xətai rayonunda, Nobel prospektində tikilməkdə olan yerüstü piyada keçidi uçub.

Hadisə sentyabrın 27-si səhər saatlarında baş verib.

«Akkord» şirkətinin inşa etdiyi piyada keçidinin uçmasına səbəb «Kamaz» markalı kranın yükqaldıran oxunun körpünün dəmir konstruksiyalarına ilişməsi olub. Nəticədə keçidin əsas dəmir konstruksiyası sürüşərək maşının üstünə düşüb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

«Akkord» şirkətinin əməkdaşı Aslan İsmayılov «ANS Press»ə bildirib ki, qəzaya maşının yüksək sürətlə hərəkət etməsi və yükqaldıran oxunun açıq qalması səbəb olub. Fotolar
XS
SM
MD
LG