Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:24

UEFA Kuboku adını və formatını dəyişir


Avropanın əhəmiyyətinə görə ikinci klub turniri – UEFA Kubokunun adı dəyişdiriləcək. İndi bu turnir Avropa Liqası adını daşıyacaq.

Belə bir qərarı sentyabrın 26-da UEFA-nın İcraiyyə Komitəsi qəbul edib.

Turnirin formatı da dəyişdiriləcək.

İndi qrup mərhələsində 48 komanda iştirak edəcək. Bundan başqa, hər komanda rəqibləriylə bir oyun yox, iki oyun oynayacaq – evdə və səfərdə.

Yeniliklər 2009/2010 mövsümündən qüvvəyə minəcək.
XS
SM
MD
LG