Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:08

Makkeyn debatları dayandırmağı təklif edir


Baş prezidentliyə namizədlər Con Makkeyn və Barak Obamanı böhranı müzakirə etmək üçün Ağ Evə dəvət edib
Baş prezidentliyə namizədlər Con Makkeyn və Barak Obamanı böhranı müzakirə etmək üçün Ağ Evə dəvət edib

Con Makkeyn rəqibi demokrat Barak Obamaya müraciət edib ki, nəzərdə tutulan debatı təxirə salsın. Amma Obama bununla razılaşmayıb

Amerika prezidenti Corc Buş ölkəsinin ciddi maliyyə böhranı yaşadığını deyib. Buş televiziya ilə xalqa müraciətində bildirib ki, indi konqresin 700 milyard dollarlıq yardım paketini təsdiqləməsinə ehtiyac var. Prezident vurğulayıb ki, bazar normal işləmədiyi üçün iqtisadi bəlaya müqavimət göstərmək məqsədi ilə yardımı təcili reallaşdırmaq lazımdır.
Buş konqresin rəhbərlərini və prezidentliyə həm respublikaçıların, həm də demokratların namizədləri Con Makkeyn və Barak Obamanı Ağ Evə dəvət edib ki, böhrandan çıxış yollarını müzakirə etsinlər.

Respublikaçıların prezidentliyə namizədi Con Makkeyn isə təbliğat kampaniyasını yarımçıq qoyub Vaşinqtona qayıdıb. O, konqresmenlərlə birlikdə Amerikadakı iqtisadi böhranı müzakirə etmək niyyətindədir.

Con Makkeyn rəqibi demokrat Barak Obamaya da müraciət edib, nəzərdə tutulan debatı təxirə salsın. Amma Obama bununla razılaşmayıb və bildirib ki, onların televiziyada debata çıxmalarına indi həmişəkindən daha çox ehtiyac var.

«Mən inanıram ki, indi Amerika xalqı üçün əsl vaxtdır ki, təqribən 40 gündən, yəni seçkidən sonra bütün bu problemlərlə məşğul olacaq adamın deyəcəklərini eşitsin»-, deyə Obama bildirib.

Elə Amerikanın Prezident debatları üzrə komissiyasından da ilk debatı planlaşdırıldığı kimi cümə günü keçirəcəklərini bildiriblər.
Respublikaçı Con Makkeyn isə Obamanın senator olduğunu xatırladaraq bəyan edib ki, o, maliyyə böhranından çıxış yolu tapmaq üçün deputatlara kömək etməlidir.

«Biz gərək respublikaçı və demokrat kimi yox, amerikalı kimi görüşək və problem həll olunana kimi görüşləri davam etdirməliyik».
Amerikada prezident seçkisi noyabrın 4-də olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG