Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:46

Saakaşvili: «İşğala cavab kimi ikinci «qızılgül inqilabı» olacaq»


Saakaşvili BMT Baş Assambleyasının iclasında çıxış edib
Saakaşvili BMT Baş Assambleyasının iclasında çıxış edib
Gürcüstan prezidenti Mixail Saakaşvili BMT-yə müraciətində bildirib ki, təşkilat Rusiyaya onun prinsiplərini pozmağa imkan verməsin. Saakaşvili BMT Baş Assambleyasının iclasında çıxışında belə deyib:
«Həqiqətən də bu məsələlər BMT-nin əsas xartiyasının ürəyinə işləyir. Xartiyada ərazi bütövlüyünün toxunulmazlığı, insan haqlarının müqəddəsliyi, beynəlxalq qanunvericiliyin üstünlüyü, silahlı münaqişədən beynəlxalq səviyyədə imtina kimi məsələlər birləşir. İşğal bu prinsipləri sınağa çəkib və indi balans yaradır».

Saakaşvili söz verib ki, Rusiyanın işğalına cavab kimi ölkəsində ikinci «qızılgül inqilabı» baş verəcək. Gürcüstanın prezidenti deyib ki, o, parlamentin və ədliyyə orqanlarının səlahiyyətlərini artıracaq, müxalifət partiyalarına daha çox maliyyə dəstəyi verəcək.
XS
SM
MD
LG