Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

«Mərkəzi Azəri» platformasının işi dayanıb


Sentyabrın 17-i saat 9 radələrində Xəzər dənizindəki «Mərkəzi Azəri» platformasının ətrafında qaz sızması müşahidə edilib. Ehtiyat tədbiri kimi dərhal platformanın işi dayandırılıb, platformada olan 211 insan evakuasiya olunub. Bu barədə «Turan»a «bp-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, heç kim və heç bir qurğu ziyan çəkməyib. Hazırda platformada vəziyyət öyrənilir. «Mərkəzi Azəri» platforması Xəzər dənizindəki «Azəri-Çıraq-Günəşli» yatağında işləyir.
XS
SM
MD
LG