Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Gülün platforması


Ermənistanda Türkiyə ilə bağlı tarixən yanlış stereotip yaşanır
Ermənistanda Türkiyə ilə bağlı tarixən yanlış stereotip yaşanır
Türkiyə prezidenti Abdulla Gülün Bakıya qısa müddətli səfəri ən azı «futbol diplomatiyasının» bəzi məsələlərinə açıqlıq gətirmək baxımından maraq kəsb edirdi. Bakıdan əvvəl Ermənistanda olmuş Gül ilk türk prezidenti idi ki, öz səfəri ilə böyük mübahisələrə səbəb olmuşdu. Bu mübahisələr elə qonşu Türkiyənin özündə də yaşanırdı.
Məsələ bundadır ki, Türkiyə ilə Ermənistan arasındakı ziddiyyətlər təkcə Azərbaycanla, onun ərazisinin işğalı ilə bağlı deyil. Ermənistanın Türkiyəyə qarşı bir neçə iddiası var, təsadüfi deyil ki, futbol matçı ərəfəsində oyun bayraqlarından Ağrı dağının şəkli yığışdırıldı.

Hadisə hər yerdə diqqətlə izlənirdi. Ona müxtəlif istiqamətlərdən yozum verirdilər. Bunu Türkiyənin Avropa Birliyinə daxil olmaq istəyi kimi qiymətləndirənlər, bölgədə öz rolunu artırmaq cəhdi kimi yozanlar da oldu.

Elə yeni Ermənistan administrasiyası da özünün siyasi imicinə dəyişiklik etmək istədi. Amma əksər müşahidəçilər qısa təmasdan bir o qədər də böyük nəticə gözləmirdilər. Daha çox narahatlıq Azərbaycan tərəfdən hiss olunurdu. Dövlət rəsmiləri Türkiyənin suveren dövlət olduğunu və istədiyi ölkəyə səfər edə biləcəyini desələr də, münasibətlərdə bir nigarançılıq duyulurdu. Amma türk rəsmiləri bəyan etdilər ki, Ermənistan Azərbaycan ərazilərini azad etməyənə qədər onunla sərhədlər açılmayacaq. Bu vəd müvəqqəti narahatlığa son qoydu.
Ümumiyyətlə, götürəndə Türkiyə ilə Ermənistan arasında etimad limitinin azacıq da olsa artması münaqişənin həllinə müsbət təsir göstərə bilən amillərdəndir. Ermənistanda Türkiyə ilə bağlı tarixən yanlış stereotip yaşanır

Ümumiyyətlə, götürəndə Türkiyə ilə Ermənistan arasında etimad limitinin azacıq da olsa artması münaqişənin həllinə müsbət təsir göstərə bilən amillərdəndir. Ermənistanda Türkiyə ilə bağlı tarixən yanlış stereotip yaşanır.

Tarixi təcrübə göstərir ki, dövlətlər arasında ədavət əbədi olaraq davam edə bilməz. Bunu bir çox dövlətlərin misalı ilə sübut etmək olar. Hazırda Ermənistan dünyaya ancaq Rusiyanın prizmasından baxır, öz mövcudluğunu yalnız bu ölkə ilə bağlayır. Bu, Rusiyanın əsrlərlə apardığı siyasətin nəticəsidir. Şimal ölkəsi Ermənistanı həmişə bölgənin digər dövlətlərinə qarşı qoyub. İndi isə vəziyyət dəyişir. Bölgənin təhlükəsizlik arxitekturası dəyişmək ərəfəsindədir.

NATO ciddi şəkildə bölgəyə müdaxilə edir və artıq Rusiya yeganə güc mərkəzi deyil, güclər bölünür. Rusiyanın Cənubi Osetiyanı və Abxaziyanı hətta MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvlərinə tanıtdırmaq cəhdi uğursuzluqla nəticələndi. Rusiya Cənubi Qafqazda özünün siyasi qürubunu yaşayır.

Belə olan təqdirdə, Türkiyənin Rusiyanı Qafqazda yenidən fəallaşdırmaq cəhdi bir qədər uğursuz təsir bağışlayır. «Qafqazda əməkdaşlıq və təhlükəsizlik paktı» olsa – olsa ancaq bir ölkə üçün kiçik siyasi dividendlər gətirir. Rusiya Cənubi Qafqazda sözünü dedi. Təsadüfi deyil ki, indi bu bölgədə baş verən prosesləri SSRİ-nin ikinci dağılması ilə müqayisə edirlər.
Qafqazda təhlükəsizlik məsələləri artıq yeni müstəviyə keçir. Türkiyənin yeni regional təşəbbüsü onun NATO üzrə müttəfiqləri tərəfindən də təqdir olunmur. Burada Alyansı qane edəcək bir məsələ varsa da o da Türkiyənin Ermənistanla təmaslara yenidən baxmasıdır. Hər halda Türkiyə də NATO üzvüdür və NATO üzvü ilə qonşuluq Ermənistanı çəkindirməməlidir. Amma Türkiyə bir detalı nəzərə almalıdır ki, Rusiya artıq Qafqazın keçmişidir. Heç bir yeni təhlükəsizlik platforması NATO-nun bu bölgəyə sirayət etməsinin qarşısını ala bilməz. Gürcüstanla Ukraynanın NATO-ya üzv olması labüddür. Hətta müşahidəçilər bunun GUAM üçün də təsirsiz ötüşməyəcəyini qeyd edirlər.

İstisna deyil ki, GUAM-da daha bir parçalanma olsun və bu təşkilatda ancaq Gürcüstanla Ukrayna qalsın. Amma bunun əksini düşünənlər də var. Məsələ bundadır ki, GUAM aralıq mərhələdir və ola bilsin, hələ bir müddət öz missiyasını həyata keçirəcək.

Türkiyə Azərbaycanın Rusiya ilə bağlı ümidlərinə müəyyən aydınlıq gətirə bilərdi. Bu ümidlər hələ də irreal xarakter daşımaqda davam edir. Düzdür, Gürcüstanın ərazi bütövlüyünü müdafiə edən dövlətlərin sayı daha çoxdur.

Amma bu detal Azərbaycanı Şimali Atlantika məkanına inteqrasiyadan çəkindirməməlidir. Alternativ təhlükəsizlik arxitekturası yoxdur. «Yeni Qafqaz İttifaqı» ideyası isə siyasi mifdir. Belə bir ittifaq ancaq və ancaq NATO-nun çətiri altında yarana bilər.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG