Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 20:42

ATƏT missiyası seçkilərdə üç dəfə hesabat verəcək


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının mətbuat konfransı. 4 sentyabr 2008
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının mətbuat konfransı. 4 sentyabr 2008
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası seçki dövründə üç dəfə hesabatla çıxış edəcək. Bu barədə məlumat verən müşahidə missiyasının rəhbəri Boris Frletsin sözlərinə görə, prezident seçkisi ərəfəsində birinci mərhələni qiymətləndirən ilk hesabat sentyabr ayının 3-cü həftəsində açıqlanacaq:

«Sonrakı hesabatı oktyabr ayında, seçkidən əvvəl verəcəyik. Yekun rəyimiz səsvermədən bir gün sonra, yekun hesabat iki ay sonra açıqlanacaq».

Boris Frlets sentyabrın 4-də keçirdiyi mətbuat konfransında deyib ki, ATƏT-in müşahidəçilərinin əsas missiyası ölkədə keçiriləcək prezident seçkisinin beynəlxalq normalara və yerli qanunvericiliyin tələbələrinə uyğun gəlib-gəlməməsini qiymətləndirməkdi və onlar da öz rəylərini bu hesabatlarda ifadə edəcəklər.

Boris Frlets bildirdi ki, Azərbaycanda seçki qabağı mühiti dəyərləndirmək, Seçki Məcəlləsinin icra səviyyəsini qiymətləndirmək üçün siyasi partiyalarla əməkdaşlıq edəcək, prezidentliyə namizədlərlə görüşəcəklər.

Boris Frletsin sözlərinə görə, ATƏT-in 28 uzunmüddətli müşahidəçisi yaxın günlərdə Bakıya gələcək və onlar ölkənin regionlarına yollanacaqlar: «450 qısamüddətli müşahidəçi isə səsvermə günü seçki prosesində yaxından iştirak edəcək».

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG