Keçid linkləri

2025, 25 Yanvar, şənbə, Bakı vaxtı 18:17

Əsgərin ölümünə görə cinayət işi açılıb


Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə açılmış işini Baş Prokurorluq araşdırır
Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə açılmış işini Baş Prokurorluq araşdırır
Avqustun 30-da Qusarda Azərbaycanın Daxili Qoşunların bir əsgərinin ölümünə görə cinayət işi açılıb. Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə açılmış işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsi araşdırır. Bu barədə «Azadlıq» radiosuna Baş Prokurorluğun mətbuat katibi Vüqar Əliyev məlumat verib.
Avqustun 30-da hüquq-mühafizə orqanları Qusar rayon ərazisində əməliyyat keçirib. Yerli informasiya agentlikləri məlumat veriblər ki, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən vəhhabilərlə sərhədçilər arasında silahlı insident olub.

Qusar rayon Prokurorluğundan məlumatı təsdiqləyiblər, ancaq ətraflı məlumat verilməyib.
XS
SM
MD
LG