Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Dik Çeyni Bakıda nələri müzakirə edəcək?


U.S. -- Vice President Dick Cheney, 11Nov2007
U.S. -- Vice President Dick Cheney, 11Nov2007
ABŞ-ın vitse-prezidenti Dik Çeyni Bakıya səfərində Gürcüstandakı prosesləri, Amerika-Azərbaycan münasibətlərini müzakirə edəcək.

D. Çeyni gələn həftə Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyaya səfər edəcək. O, sentyabrın 3-də Bakıda prezident İlham Əliyev və onun komandasının üzvləri ilə görüşəcək.

Bu səfər barədə D. Çeyninin ofisində brifinq keçirilib. Bildirilib ki, Azərbaycan terrorçuluqla mübarizədə əsas tərəfdaşlardan biridir, Əfqanıstana, İraqa əsgərlərini göndərib. Amerikanın vitse-prezidenti Azərbaycana bu yardımına görə təşəkkür edəcək.

Səfər zamanı enerji məsələləri də əsas diqqət mərkəzində olacaq:

«Azərbaycan xalqına enerji resurslarını işləməkdə yardım göstərmək, bu resursları etibarlı şəkildə bazara çıxarmaq ümumi maraq kəsb edir - həm Birləşmiş Ştatlar, həm də bütün Avropa ölkələri üçün. Çünki bu ölkələrin enerji ilə bağlı gələcək planları var.

Azərbaycanda başqa mühüm məsələlər də var - Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli, beynəlxalq ictimaiyyətin İran sarıdan narahatlığı, Azərbaycanda demokratiyanın və qanunun aliliyinin gücləndirilməsi» - deyə D. Çeyninin ofisinin rəsmisi bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG