Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 21:25

Rəsmilər dindarların saqqallarının qırxılmasını təkzib edir


Respublika Prokurorluğunun binası
Respublika Prokurorluğunun binası
«Əbu Bəkr» dindarlarının saqqallarının qırxılması barədə məlumatlar həqiqətə uyğun deyil». Həm Daxili İşlər Nazirliyi, həm də Respublika Prokurorluğu «Əbu Bəkr» dindarlarına təzyiqlərlə bağlı yayılmış xəbərləri təkzib edərkən belə deyiblər.

«Əbu Bəkr» məscidinin dindarları Baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət ediblər ki, polislərin onlara qarşı kobud davranmalarının qarşısı alınsın. Dindarlar konkret polis bölmələrinin adlarını açıqlayıblar, deyiblər ki, həmin polis bölmələrində onların saqqalları qırxılıb.

Ancaq həm Daxili İşlər Nazirliyindən, həm də Respublika Prokurorluğundan «Azadlıq» radiosuna bildiriblər ki, onlarda ümumiyyətlə belə məlumat yoxdur.

Avqustun 17-də «Əbu Bəkr» məscidinə qumbara atılıb. Rəsmi məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, 11 nəfər isə yaralanıb. Sonradan bu hadisəyə görə, bir nəfər saxlanıb.
XS
SM
MD
LG