Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 08:07

Dik Çeyni gələn həftə Azərbaycana gələcək


ABŞ-ın vitse-prezidenti Dik Çeyni
ABŞ-ın vitse-prezidenti Dik Çeyni
ABŞ-ın vitse-prezidenti Dik Çeyni gələn həftə Azərbaycan, Gürcüstan və Ukraynaya səfər edərək üç ölkənin prezidentləri ilə görüşəcək.

Ağ Evin avqustun 25-də yaydığı məlumatda deyilir ki, «prezident Corc Buş Çeynidən Azərbaycan, Gürcüstan və Ukraynaya səfər etməsini xahiş edib. Səfər zamanı bu əsas tərəfdaşlarla qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə ediləcək».

Dik Çeyni Rusiya qoşunları Gürcüstana müdaxilə edəndən sonra ABŞ-ın regiona səfər edəcək ən yüksək rəsmisidir.
XS
SM
MD
LG