İspaniyada, Madrid Aeroportunda avqustun 20-də baş vermiş təyyarə qəzasında son məlumata görə 153 nəfər həlak olub, yalnız 19 nəfəri xilas etmək mümkün olub. Şahidlərin dediyinə görə, İspan aviaşirkətinə məxsus təyyarə Kanar Adalarına uçmaq istəyərkən Madrid aeroportunda uçuş zolağından çıxıb və yanıb.
Təyyarənin qara qutusu tapılıb. Qara qutunun informasiyaları öyrənildikdən sonra qəzanın səbəbləri bilinəcək. Bu, son 20 ildə İspaniyada ən böyük aviaqəzadır.