Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:54

«Rusiya böyük məğlubiyyətə uğradı»


«Kreml Cənubi Qafqazda 1999-cu ildə Çeçenistanda həyata keçirdiyi müharibəni təkrarlamaq istədi»
«Kreml Cənubi Qafqazda 1999-cu ildə Çeçenistanda həyata keçirdiyi müharibəni təkrarlamaq istədi»
«Çox təəssüf ki, Rusiya sovet rejiminin mənfi imicini bərpa etdi. Bu gün 1956-cı ilin Budapeşti, 1968-ci ilin Praqası deyil, XXI əsrdir və dünyanın demokratik ölkələri biri-birinə dəstək verirlər. Gürcüstana aqressiya ilə Rusiya əslində özünü sivil aləmdən təcrid duruma saldı. Dünya mətbuatına nəzər salsanız, şimal ölkəyə bir nifrətin yarandığının şahidi olarsınız. Açıq şəkildə yazırlar ki, rəsmi Moskva sovet imperiyasının siyasətini həyata keçirir. Amma artıq bu siyasət yeriməyəcək». «Milli Birlik» Hərəkatının lideri Lalə Şövkət «Bizim Yol»a müsahibəsində belə deyib.
«Kreml Cənubi Qafqazda 1999-cu ildə Çeçenistanda həyata keçirdiyi müharibəni təkrarlamaq istədi. Həmin Çeçenistan müharibəsinə oxşar vəziyyət yarandı. Amma unutmaq olmaz ki, Cənubi Qafqaz Çeçenistan deyil və Gürcüstan demokratik dünya tərəfindən dəstəklənir. Əgər Gürcüstanda demokratik rejim yaranmasaydı, beynəlxalq aləm susardı».
Rusiyanın Gürcüstana təcavüzünə siyasətçilər öz münasibətlərini bildirməkdə davam edirlər. Politoloq Vəfa Quluzadə hesab edir ki, Ukraynanın da MDB-dən çıxması, zəncirvari reaksiyaya səbəb olacaq. Bu barədə o, «Azadlıq» qəzetinə deyib.

«Xəzərin qaz ehtiyatlarının ixracında Azərbaycanın rolu danılmazdır»-, bunu «Yeni Azərbaycan» yazıb. Qəzet bildirir ki, «Türkmənistanın xarici siyasətində baş verən dəyişikliklərin ən bariz təzahürü bu ölkənin Azərbaycanla olan münasibətlərində müşahidə edilən istiləşmədir».
«SSRİ-nin süqutu ilə başlayan və onu şərtləndirən amillərdən biri olan 1988-ci il milli dirçəliş hərəkatında Bəxtiyar Vahabzadə millətin istiqlal davasının şərəfli əsgəri kimi xalqın içində və önündə idi». Xalq şairinin ad günü münasibətilə professor Adil Qeybulla «Yeni Müsavat»da məqaləsində belə yazıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG