Keçid linkləri

2024, 29 May, çərşənbə, Bakı vaxtı 10:08

«Western Union» fəaliyyətini bərpa edir


Milli Bank bildirir ki, artıq həm «Western Union», həm də «Moneygram» onların tələblərini qeyd–şərtsiz qəbul edib, işğal altında olan ərazilərdə qanunsuz olaraq fəaliyyət göstərən qurumlarla işgüzar münasibətlərə xitam verdiyini bildirib
Milli Bank bildirir ki, artıq həm «Western Union», həm də «Moneygram» onların tələblərini qeyd–şərtsiz qəbul edib, işğal altında olan ərazilərdə qanunsuz olaraq fəaliyyət göstərən qurumlarla işgüzar münasibətlərə xitam verdiyini bildirib
«Western Union» və «Moneygram» pul köçürmə sistemlərinin Azərbaycan ərazisində fəaliyyəti bərpa edilir. Bu haqda Milli Bankın (MB) Mətbuat Xidmətinin məlumatında deyilir. Bank bildirir ki, avqustun 14-dən ölkə ərazisində fəaliyyət göstərən banklara «Western Union» və «Moneygram» pul köçürmə sistemləri ilə işgüzar münasibətləri bərpa etməyə icazə verir.
«Western Union» və «Moneygram»ın Azərbaycanda fəaliyyəti iyulun 30-da dayandırılmışdı. Milli Bank buna sözügedən pul köçürmə sistemlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsini səbəb göstərmişdi.
Həmçinin bu pul köçürmə sistemlərinin rəsmi internet səhifələrində Azərbaycan Respublikasının əraziləri təhrif olunmuş qaydada təqdim edilmiş, bəzi yaşayış məntəqələri isə düzgün adlandırılmamışdı.
Milli Bank bildirir ki, artıq həm «Western Union», həm də «Moneygram» onların tələblərini qeyd–şərtsiz qəbul edib, işğal altında olan ərazilərdə qanunsuz fəaliyyət göstərən qurumlarla işgüzar münasibətlərə xitam verdiyini bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG