Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:54

Buş və Putin Gürcüstandakı döyüşləri müzakirə edib


BMT Təhlükəsizlik Şurası yenə də Cənubi Osetiya haqda qərar qəbul edə bilməyib
BMT Təhlükəsizlik Şurası yenə də Cənubi Osetiya haqda qərar qəbul edə bilməyib
Gürcüstandakı hərbi əməliyyatlar ABŞ prezidenti Corc Buşla Rusiyanın Baş naziri Vladimir Putinin görüşünün mövzusu olub.

Onlar Olimpiadanın açılış mərasimi zamanı Pekində danışıqlar aparıblar. Görüşün təfərrüatları bilinmir.

Vaşinqtonda isə Rusiya diplomatı Dövlət Departamentinə çağırılıb. ABŞ Rusiyadan Gürcüstana aviazərbələri dayandırmaq və oradan qoşunlarını çıxarmasını istəyir.

Bir çox ölkələr atəşi dərhal dayandırmaq çağırışı ilə çıxış ediblər.

BMT Təhlükəsizlik Şurası avqustun 8-də yenə də Cənubi Osetiya haqda qərar qəbul edə bilməyib. Məsləhətləşmələr bu gün davam edəcək. Gürcüstanın BMT-dəki nümayəndəsi Rusiyanı əvvəlcədən hazırlanmış müdaxilədə təqsirləndirib. Rusiya nümayəndəsi isə bildirib ki, gürcü qüvvələri bilərəkdən Cənubi Osetiyadakı Rusiya sülhməramlılarına zərbələr endirir və tanınmamış respublika ərazisində «etnik təmizləmə» aparır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG