Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:53

Müsavatın aksiya cəhdinin qarşısı alındı


Müsavat Partiyasının avqustun 1-də keçirmək istədiyi etiraz aksiyasına imkan verilməyib. Polis metronun «İçərişəhər» stansiyasına tərəf gedən yollarda aksiyaya qatılmaq istəyən partiya fəallarının qarşısını kəsib. 14 nəfər saxlanılıb. Saxlanılan şəxslər sonradan sərbəst buraxılıb.

ABŞ və Almaniyanın səfirliklərinin, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri də ərazidə olublar.

Bakı meriyası Müsavatın aksiyasına icazə verməyib. Cavab məktubunda aksiyanın məqsədəuyğun olmadığı bildirilib.

Aksiyalar keçirməklə müxalifət ölkədə sərbəst toplaşmaq azadlığının bərpasını, seçkiqabağı demokratik şərait yaradılmasını tələb edir.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG